Vladimir Putin və Volodimir Zelenski Türkiyəyə səfər edəcək

Vladimir Putin və Volodimir Zelenski Türkiyəyə səfər edəcək Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə səfər edəcək.
Region
31 May , 2023 10:42
Vladimir Putin və Volodimir Zelenski Türkiyəyə səfər edəcək

Rusiya Prezidenti Vladimir Putin və Ukraynanın dövlət başçısı Volodimir Zelenski Türkiyəyə səfər edəcək.

“Report” xəbər verir ki, məlumatı “CNNTurk” yayıb.

Məlumata görə, bir neçə ölkənin dövlət və hökumət başçısı yenidən Türkiyə Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın şənbə günü - iyunun 3-də keçiriləcək andiçmə mərasimdə iştirak etmək istəklərini rəsmi Ankaraya bildiriblər.

Qeyd olunub ki, bundan başqa, V.Putinin Türkiyəyə xüsusi bir səfəri nəzərdə tutulub. Onun ardınca Ukrayna lideri Volodimir Zelenskinin bu ölkəyə ziyarəti planlaşdırılıb.

Hər iki səfər çərçivəsində taxıl dəhlizi və Rusiya ilə Ukrayna müharibəsinin gedişatı müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi