Vəliəhd şahzadə: "Səudiyyə Ərəbistanı ilə Türkiyənin arasını vurmaq istəyirlər"

Vəliəhd şahzadə: "Səudiyyə Ərəbistanı ilə Türkiyənin arasını vurmaq istəyirlər" Bakı. 24 oktyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman əs-Səud jurnalist Camal Qaşıqçının qətli ilə bağlı aparılan araşdırma çərçivəsində Türkiyə ilə qarşılıqlı fəaliyyətlərini yüksək qiymətləndirib.
Region
520
24 Oktyabr , 2018 20:16
Vəliəhd şahzadə: Səudiyyə Ərəbistanı ilə Türkiyənin arasını vurmaq istəyirlər

Bakı. 24 oktyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman əs-Səud jurnalist Camal Qaşıqçının qətli ilə bağlı aparılan araşdırma çərçivəsində Türkiyə ilə qarşılıqlı fəaliyyətlərini yüksək qiymətləndirib.

“Report” xəbər verir ki, bu barədə vəliəhd şahzadə paytaxt Ər-Riyadda keçirilən “Future İnvestment İnitiative” beynəlxalq iqtisadi forumunda çıxışı zamanı bildirib.

“Şübhəsiz, Türkiyə ilə Səudiyyə Ərəbistanı hökumətləri arasındakı əməkdaşlıq əladır. Bizə məlumdur ki, bir çoxları bu kədərli hadisədən istifadə edib Səudiyyə Ərəbistanı Krallığı ilə Türkiyənin arasını vurmaq istəyirlər”, - o deyib.

Qeyd edək ki, Camal Qaşıqçı oktyabrın 2-də Baş Konsullğun binasında öldürülüb. Camal Qaşıqçının paltarını geyinmiş və gözlüyünü taxmış bir nəfərin Baş Konsulluqdan çıxarılması səhnəsini quraşdırmaqla Səudiyyə Ərəbistanı jurnalistin diplomatik missiyadan çıxdığını beynəlxalq ictimaiyyətə sırımaq istəyib. Bununla da Camal Qaşıqçının itkin düşməsi məsələsində Türkiyəni ittiham etməyi planlaşdırıbmış.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 23-də Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının toplantısında bu barədə çıxış edib.

Jurnalist C.Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasında öldürülüb. Krallıq onun qətlə yetirildiyi ilə bağlı açıqlama vermirdi. Ancaq oktyabrın 20-də Səudiyyə Ərəbistanı rəsmi olaraq jurnalistin Baş Konsulluğun binasında öldürüldüyünü etiraf edib. Kral Salman və vəliəhd şahzadə Məhəmməd bin Salman C.Qaşıqçının ailəsinə başsağlığı verib.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Cina Haspel C.Qaşıqçı ilə bağlı məsələni araşdırmaq üçün oktyabrın 23-də Türkiyəyə səfər edib. O, jurnalistin öldürülməsi ilə bağlı aparılan istintaq işi üzrə bir sıra görüşlər keçirib.

Son xəbərlər

Orphus sistemi