Vəkil: "Robert Koçaryan ifadə verməyəcək"

Vəkil: "Robert Koçaryan ifadə verməyəcək"
Region
44580
9 Fevral , 2019 16:32
Vəkil: Robert Koçaryan ifadə verməyəcək

Bakı. 9 fevral. REPORT.AZ/ Ermənistanda 2008-ci ildə Konstitusiya quruluşunu devirməkdə ittiham olunaraq həbs edilən sabiq prezident Robert Koçaryan ifadə verməkdən imtina edib.

"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın keçmiş rəhbərinin vəkillər komandasının üzvü Ayk Alumyan mətbuat konfransında bildirib.

"Robert Koçaryan 1 mart 2008-ci il hadisələri ilə bağlı heç vaxt ifadə verməyib və bunu etməyəcək. O dəfələrlə bildirib ki, ittihamların mahiyyətini anlamır", - Ermənistanın keçmiş başçısının vəkili vurğulayıb.