Vahid Milli Hərəkat Partiyası: “Saakaşvili tezliklə azad olunacaq”

Vahid Milli Hərəkat Partiyası: “Saakaşvili tezliklə azad olunacaq” Gürcüstanın "Vahid Milli Hərəkat" Partiyasının üzvü Yekaterina Xerxeulidze bildirib ki, keçmiş prezidenti Mixeil Saakaşvili tezliklə azadlığa çıxacaq.
Region
4 Oktyabr , 2021 04:49
Vahid Milli Hərəkat Partiyası: “Saakaşvili tezliklə azad olunacaq”
Mixeil Saakaşvili

Gürcüstanın Vahid Milli Hərəkat Partiyasının üzvü Yekaterina Xerxeulidze bildirib ki, keçmiş prezidenti Mixeil Saakaşvili tezliklə azadlığa çıxacaq.

“Report”un “RİA Novosti”yə istinadən məlumatına görə, partiya üzvü bu barədə jurnalistlərə açıqlamasında deyib.

"Saakaşvili çox qısa zamanda azadlığa buraxılacaq, tezliklə həbsxanadan çıxacaq. Necə? Hamımız birlikdə görəcəyik", - o deyib.

Yekaterina Xerxeulidze əlavə edib ki, yaxın vaxtlarda xəbərləri və saxlanılması ilə bağlı bütün rəyləri ona çatdırmaq üçün siyasətçi ilə görüşməyi planlaşdırır.

Xerxeulidze həmçinin Ukrayna prezidenti Volodimir Zelenskinin Saakaşvilinin işi ilə şəxsən məşğul olacağı barədə bəyanatını qoçaq addım adlandırıb.

Son xəbərlər

Orphus sistemi