Axtarışda olan FETÖ üzvü Halil Özkök Türkiyədə saxlanılıb.
“Report” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, o, hüquq-mühafizə orqanlarının əməliyyatı nəticəsində evində ələ keçirilib.
FETÖ-çunun evindən bir çox sənəd, həmçinin saxta şəxsiyyət vəsiqəsi tapılıb.
Məlumata görə, H.Özkök uzun illərdir axtarışda idi. Onun barəsində 6 il 3 ay həbs cəzası çıxarılıb.