ÜST rəsmisi: "Ermənistanda vaksinasiyada məyusedici mənzərə yaranıb"

ÜST rəsmisi: "Ermənistanda vaksinasiyada məyusedici mənzərə yaranıb" “Ermənistanda əhalinin koronavirusa qarşı peyvənd olunmasında məyusedici mənzərə yaranıb”.
Region
2 İyul , 2021 13:48
ÜST rəsmisi: Ermənistanda vaksinasiyada məyusedici mənzərə yaranıb

“Ermənistanda əhalinin koronavirusa qarşı peyvənd olunmasında məyusedici mənzərə yaranıb”.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Ermənistandakı ofisinin müşaviri Anjela Kjdryan feysbuk səhifəsində yazıb.

Bildirilib ki, Ermənistanda əhalinin 2 faizi peyvənd olunub.

“Biz özümüzü inkişaf etmiş ölkələrlə müqayisə etməyi xoşlayırıq. Müqayisə edin. Əfqanıstan və Qırğız Respublikasında da 2 faiz, Tacikistan və Türkmənistanda isə 1 faizdir ”, - o qeyd edib.

Məlumata görə, Kanadada əhalinin 67, Macarıstanda 56, ABŞ-da 53, Almaniyada 52, Çində isə 43 faizi vaksinasiya edilib. Keçmiş sovet respublikalarından ən yüksək göstərici Azərbaycanda (20 faiz) və Qazaxıstandadır (15 faiz). İranda bu göstərici 5 faizdir.

Son xəbərlər

Orphus sistemi