ÜST-dən zəlzələ ilə bağlı açıqlama: “Avropada əsrin ən dağıdıcı təbii fəlakətinə şahidlik edirik”

ÜST-dən zəlzələ ilə bağlı açıqlama: “Avropada əsrin ən dağıdıcı təbii fəlakətinə şahidlik edirik” “Avropada əsrin ən dağıdıcı təbii fəlakətinə şahidlik edirik”.
Region
14 Fevral , 2023 16:32
ÜST-dən zəlzələ ilə bağlı açıqlama: “Avropada əsrin ən dağıdıcı təbii fəlakətinə şahidlik edirik”

“Avropada əsrin ən dağıdıcı təbii fəlakətinə şahidlik edirik”.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə direktoru Hans Kluge Türkiyədə baş verən zəlzələ ilə bağlı açıqlamasında bildirib.

O, zəlzələ bölgəsində möcüzəvi xilasetmə əməliyyatlaından da bəhs edib və fəlakətin miqyasının böyük olduğunu vuruğlayıb.

ÜST nümayəndəsi təbii fəlakətin dağıdıcılığından söz açaraq zəlzələdən sonra Türkiyədə səhiyyə və sağlamlıq məsələlərinə, dağıntıların ölçüsünə diqqət çəkib: “Əsrin ən dəhşətli təbii fəlakətidir”.

O, Türkiyə xilasedicilərinin qəhrəmanlığının şahdi olduqlarını da söyləyib: "Zəlzələnin 178-ci saatında 6 yaşlı Mirayın xilas edilməsi buna örnəkdir".

H.Kluge Türkiyə və Suriyaya 43 milyon dollarlıq dəstəkdən danışarkən bu məbləğin yaxın günlərdə ən azı iki dəfə artacağına əmin olduğunu bildirib.

ÜSR rəsmisi deyib ki, Türkiyə və Suriyada zəlzələdən zərər çəkən 26 milyon nəfərin humanitar yardıma ehtiyacı var.

Qeyd edək ki, Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 31 974 nəfərə çatıb.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Son xəbərlər

Orphus sistemi