Urmiyada idman zalında azarkeşlər "Haray, haray mən türkəm!" şüarı səsləndiriblər

Region
  • 03 fevral, 2016
  • 13:43
Urmiyada idman zalında azarkeşlər Haray, haray mən türkəm! şüarı səsləndiriblər

Bakı. 3 fevral. REPORT.AZ/ İranın Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiya şəhərində "əl-Qədr" idman zalında keçirilən voleybol yarışı zamanı bir qrup tərəfdar "Haray, haray mən türkəm!" şüarı səsləndiriblər. 

"Report" xəbər verir ki, bu haqda "Araznews.org" saytı məlumat yayıb.

Xəbərə əsasən, oyun başa çatdıqdan sonra da tərəfdarlar "Türkəm deyən nə xoşbəxtdir!", "Haray, haray mən türkəm!" şüarlarını deyə-deyə dağılışıblar.

Qeyd edək ki, son illər İranda idman oyunları zamanı və yarışma başa çatdıqdan sonra Güney Azərbaycan türklərindən ibarət azarkeşlər belə şüarları tez-tez səsləndirirlər. Bir çox hallarda buna görə İran polisi və başqa güc strukturları ilə həmin qruplar arasında toqquşmalar olur. Şüarı söyləyənlər müxtəlif təzyiqlərə məruz qalır, həbs edilirlər. 

Urmiyada idman zalında azarkeşlər "Haray, haray mən türkəm!" şüarı səsləndiriblər

44 filmi