UNİCEF: “Ukraynada uşaqlar cinsi istismar və insan alveri riski ilə üz-üzədir”

UNİCEF: “Ukraynada uşaqlar cinsi istismar və insan alveri riski ilə üz-üzədir” “Ukraynada 972 uşaq zorakılıq nəticəsində öldürülüb və ya yaralanıb”.
Region
22 Avqust , 2022 21:50
UNİCEF: “Ukraynada uşaqlar cinsi istismar və insan alveri riski ilə üz-üzədir”

“Ukraynada 972 uşaq zorakılıq nəticəsində öldürülüb və ya yaralanıb”.

“Report”un ABŞ bürosu xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Dujarrik keçirdiyi mətbuat konfransında bildirib.

Sözçü BMT-nin Uşaq Fondunun (UNİCEF) icraçı direktoru Ketrin Rasselin bununla bağlı bəyanatını xatırladıb. Onun sözlərinə görə, təxminən altı aydan çoxdur davam edən müharibə nəticəsində Ukraynada hər gün orta hesabla beşdən çox uşaq öldürülüb və ya yaralanıb:

“K. Rassell Ukraynada öldürülən uşaqların sayının BMT-nin təsdiq edə bildiyi rəqəmlərdən daha yüksək olduğunu deyib. Ukraynada demək olar ki, hər bir uşaq ağır travma alıb, uşaqlar cinsi istismar və insan alveri riski ilə üz-üzədir. O, əlavə edib ki, Ukraynanın təhsil sistemi ölkə daxilində hərbi əməliyyatlar nəticəsində məhv edilib, hər 10 məktəbdən biri zədələnib və ya dağıdılıb”.

Son xəbərlər

Orphus sistemi