UNESCO: “Ukraynada münaqişə başlayandan 139 mədəniyyət obyektinə ziyan dəyib”

UNESCO: “Ukraynada münaqişə başlayandan 139 mədəniyyət obyektinə ziyan dəyib” Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) Rusiyanın hərbi əməliyyatlara başlamasından bəri Ukraynada 139 mədəniyyət obyektinə ziyan dəydiyini açıqlayıb.
Region
31 May , 2022 22:55
UNESCO: “Ukraynada münaqişə başlayandan 139 mədəniyyət obyektinə ziyan dəyib”

Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) Rusiyanın hərbi əməliyyatlara başlamasından Ukraynada 139 mədəniyyət obyektinə ziyan dəydiyini açıqlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə təşkilat öz saytında məlumat yayıb.

“Mayın 30-na olan məlumata görə, fevralın 24-dən indiyədək 139 obyektə - 62 dini bina, 12 muzey, 26 tarixi bina, 17 mədəni fəaliyyətə həsr olunmuş tikili, 15 abidə və 7 kitabxanaya ziyan dəydiyini təsdiqləyirik”, - məlumatda deyilir.

Eyni zamanda, qurum UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş heç bir obyektə ziyan dəymədiyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi