Ukraynanın yerlə-yeksan edilən şəhərindən FOTOREPORTAJ

Region
  • 19 oktyabr, 2023
  • 05:48
Ukraynanın yerlə-yeksan edilən şəhərindən FOTOREPORTAJ

Ukraynanın Zaporojye vilayətinin ön xətdə yerləşən və cəbhə xəttindən 3-4 kilometrlik məsafə ayıran Orexovo şəhərini “boz” zonaya çevrilib.

"Report"un Şərqi Avropa bürosu bölgədən fotoreportaj hazırlayıb.

Ukrayna ordusu bu yay əks-hücum əməliyyatları ilə şəhərin ətraf kəndlərinin bir qismindən Rusiya ordusunu çıxarsa da, ərazi yaşayış məskənlərindən çox “boz” zona adlanan döyüş meydanlarına çevrilib. Halbuki, müharibəyə qədər Ukraynanın iqtisadi cəhətdən ən aktiv bölgələrindən olub. Kəndləri ilə yanaşı, Orexovo şəhərinin özü də getdikcə döyüş meydanına çevrilib. Sakinlərinin çoxunun tərk etdiyi şəhərin yeganə alış-veriş mərkəzi 20 metrlik kiçik bir bazardır.

Rayon sakini Anna Vasilyeva deyir ki, artıq neçə aydır cəbhə bölgəsində yerləşirlər: "Rayon bazarına ticarət etmək üçün cəmi 5-6 nəfər gəlir gəlir. Əsasən də hərbçilərdir. Bu, yeganə bazardır. Bazar saat 12:00-a kimi işləyir. Bəzən qonşu kənddəki kolxozlarda qalan sakinlər də gəlirlər. Süd, ət, yumurta gətirirlər".

Orexovun digər sakini Anatoli Spisev bildirib ki, ərazi hər gün atəşə tutulur:

"Şəhərimizə göndərilən humanitar yardımlar hesabına yaşayırıq. Orexovodan sakinlərin çoxu gedib, çox az insan qalıb".

44 filmi