Ukraynanın yeni Baş Komandanı: "Hər şeydən əvvəl ordunun ehtiyaclarını nəzərə almalıyıq"

Ukraynanın yeni Baş Komandanı: "Hər şeydən əvvəl ordunun ehtiyaclarını nəzərə almalıyıq" Ukrayna Silahlı Qüvvələrinin generalı Aleksandr Sırski baş komandan kimi ilk çıxışını edib.
Region
9 Fevral , 2024 15:35
Ukraynanın yeni Baş Komandanı: Hər şeydən əvvəl ordunun ehtiyaclarını nəzərə almalıyıq

Ukrayna Silahlı Qüvvələrinin yeni Baş komandanı, general Aleksandr Sırski Baş komandan kimi ilk çıxışını edib.

“Report” UNIAN-a istinadən xəbər verir ki, o, gündəmdə yeni vəzifələrin olduğunu deyib: “Hər şeydən əvvəl ehtiyacları nəzərə almalıyıq. Buna uyğun olaraq bütün hərbi komandanlıq və idarəetmə orqanlarının hərəkətləri aydın və ətraflı planlaşdırılmalıdır. Döyüş hissələri üçün lazım olan hər şey sürətlə çatdırılmalı və paylanılmalıdır”.

Generalın sözlərinə görə, qərargahların vəzifəsi cəbhənin ehtiyaclarını bilmək və hər bir sektorda vəziyyətə nəzarət etməkdir: “Ukrayna ordusu ən dəyərli məsələ hərbçilərin həyatı və sağlamlığıdır, ona görə də şəxsi heyətin intensiv hazırlığı ilə döyüş tapşırıqlarının paralel aparılması həmişəkindən daha vacibdir”.

A.Sırskı bildirib ki, qələbə qazanmaq üçün pilotsuz sistemlərin və müasir elektron müharibə avadanlıqlarının istifadəsidir.

Qeyd edək ki, A.Sırski fevralın 8-də bu vəzifədə general Valeri Zalujnını əvəz edib. O, daha əvvəl Ukrayna Silahlı Qüvvələrinin quru qoşunlarının komandanı idi.

Son xəbərlər

Orphus sistemi