Ukraynanın XİN başçısı Rusiya qoşunlarına qalib gəlməyin şərtini açıqlayıb

Ukraynanın XİN başçısı Rusiya qoşunlarına qalib gəlməyin şərtini açıqlayıb “Qərbdəki müttəfiqlərimiz vəd etdikləri ağır silahları tez tədarük etsələr, Rusiya qoşunlarını Ukrayna ərazisindən tamamilə çıxara biləcəyik”.
Region
10 May , 2022 10:26
Ukraynanın XİN başçısı Rusiya qoşunlarına qalib gəlməyin şərtini açıqlayıb

“Qərbdəki müttəfiqlərimiz vəd etdikləri ağır silahları tez tədarük etsələr, Rusiya qoşunlarını Ukrayna ərazisindən tamamilə çıxara biləcəyik”.

“Report” xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba “Financial Times”ə müsahibəsində bildirib.

“Müharibənin ilk aylarında Rusiya qoşunlarını fevralın 24-dək mövqeyinə sıxışdırmaq bizim üçün qələbə sayılardı. İndi isə biz hərbi cəbhədə çox güclüyük və Donbas uğrunda müharibəni udacağıq. Bu, müharibənin sonrakı dinamikası üçün həlledici olacaq. Əlbəttə, bu, savaşda bizim üçün qələbə qalan ərazilərimizin də işğaldan azad edilməsidir”, - o vurğulayıb.

Nazir deyib ki, yalnız Rusiyanın məğlubiyyəti Ukraynaya Qara dənizdə limanlarını açmağa və ixracat iqtisadiyyatını dirçəltməyə imkan verər: “Əgər Kiyev daha çox hərbi dəstək alarsa, biz onları Xerson vilayətindən də çıxara, Rusiyanın Qara dəniz donanmasını darmadağın edə və dəhlizi mühasirədən azad edə bilərik”.

Son xəbərlər

Orphus sistemi