Ukraynanın XİN başçısı Qərb ölkələrinə çağırış edib

Ukraynanın XİN başçısı Qərb ölkələrinə çağırış edib Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Qərb ölkələrinə çağırış edib.
Region
14 Mart , 2022 12:18
Ukraynanın XİN başçısı Qərb ölkələrinə çağırış edib

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Qərb ölkələrinə çağırış edib.

“Report” xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb.

“Əgər Üçüncü Dünya müharibəsinin başlanmasını istəmirsinizsə, bizə kömək etməlisiniz. Bizi bütün lazımi silahlarla təmin edin. Rusiyaya qarşı sanksiyaları artırın. Putinin Ukraynada uğursuzluğa düçar olmasını təmin edin. Bu zaman daha böyük miqyasda müharibənin qarşısını almış olarsınız” - paylaşımda bildirilib.

Son xəbərlər

Orphus sistemi