Şiddətli döyüşlərin getdiyi Xarkovun şimalındakı Vovçansk şəhərinin 70 faizi Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altındadır. Hazırda yaşayış məntəqəsində və ətrafında işğalçı qüvvələrə qarşı döyüşlər aparılır.
“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, bu barədə “Xortitsya” operativ-strateji qoşun qruplaşmasının sözçüsü Nazar Voloşın bildirib.
“İndi Müdafiə Qüvvələri Vovçansk şəhərinə nəzarət edir, təxminən 70 faizinə. Şəhərdə və onun ətrafında işğalçılarla şiddətli döyüşlər gedir, oradakı rusiyalılar kiçik hücum qruplarında irəliləmək və ya möhkəmlənmək cəhdlərini dayandırmırlar”, – sözçü vurğulayıb.
Bundan başqa, rusiyalı hərbi müxbirlərin
Xatırladaq ki, mayın əvvəlində Rusiya Silahlı Qüvvələri Ukraynanın Xarkov vilayətinə genişmiqyaslı hücumlara başlayıblar. Hücum yönlərindən biri də regionun Vovçansk şəhəri olub. Həftələrdir davam edən döyüşlərə baxmayaraq, rusiyalılar şəhəri ələ keçirə bilməyib. Ayın sonlarına doğru Rusiya ordusunun Xarkov vilayətinin şimalındakı hücumu Ukrayna komandanlığının sözügedən bölgəyə böyük ehtiyatlar göndərməsindən sonra dayanıb.