Ukraynanın ombudsmanı vəzifəsindən azad olunub

Ukraynanın ombudsmanı vəzifəsindən azad olunub Ukrayna Ali Radası İnsan Hüquqları üzrə Müvəkkil – Ombudsman Lyudmila Denisovanı vəzifəsindən azad edib
Region
31 May , 2022 16:27
Ukraynanın ombudsmanı vəzifəsindən azad olunub
Lyudmila Denisova

Ukrayna Ali Radası İnsan Hüquqları üzrə Müvəkkil – Ombudsman Lyudmila Denisovanı vəzifəsindən azad edib.

“Report”un məlumatına görə, bu barədə xalq deputatı Yaroslav Jeleznyakın teleqramda yazıb.

Qanunverici orqanın 234 deputatı bu qərarın lehinə, 9-u əleyhinə səs verib.

Qeyd edək ki, L.Denisova 2018-ci ilin mart ayında Ombudsman təyin olunub.

Bu gün - mayın 31-də “Xalqın Xidmətçisi” fraksiyasının deputatları onun istefası üçün imza toplayıblar.

Xalq deputatı Pavel Frolov feysbukda fraksiyasının ombudsmana qarşı irəli sürdüyü iddialardan danışıb. Onun sözlərinə görə, ombudsman Rusiyanın Ukrayna əhalisinə qarşı bəzi əməllərindən danışarkən bunun təsdiqini tapa bilməyib.

Bundan əlavə, onun müharibə bölgəsində humanitar dəhlizlərin təşkili ilə məşğul olmadığı və Rusiyada ukraynalıların hüquqlarını təmin etmək əvəzinə Qərbi Avropada çox vaxt keçirdiyi iddia edilir.

L.Denisova mayın 30-da keçirdiyi mətbuat konfransında işdən çıxarılmasının qanunsuz olacağını bildirmişdi. O hesab edir ki, hakimiyyət onun fəaliyyətindən, xüsusən də işğal olunmuş ərazilərdəki vəziyyətlə bağlı məlumat toplamaqdan razı deyil. Hüquq müdafiəçisi ona təzyiqi Ombudsman Aparatının işlərinə müdaxilə adlandırıb.

Son xəbərlər

Orphus sistemi