Ukraynanın müharibə itkiləri 600 milyard dollara çatır

Ukraynanın müharibə itkiləri 600 milyard dollara çatır Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan indiyədək ölkəyə dəyən ümumi ziyanın məbləği 600 milyard dollara çatır.
Region
12 May , 2022 00:56
Ukraynanın müharibə itkiləri 600 milyard dollara çatır

Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan indiyədək ölkəyə dəyən ümumi ziyanın məbləği 600 milyard ABŞ dollarına çatır.

"Report" Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə "Kyiv School of Economics" məlumat yayıb.

İki ay yarım davam edən müharibədə 31 milyard ABŞ dolları dəyərində yaşayış sahəsi dağıdılıb və ya zədələnib. Yaşayış fondunun dağıdılmasından ən çox Mariupol, Xarkov, Çerniqov, Sumı və Rubijne kimi şəhərlər zərər çəkib.

Qeyd edilir ki, 27 neft anbarının dağıdılması nəticəsində dəymiş zərər 227 milyon dollar təşkil edir.

Ümumilikdə fevralın 24-dən indiyədək Ukraynada azı 1 000-ə yaxın məktəb, 508 tibb müəssisəsi, 562 uşaq bağçası, 295 körpü, 156 anbar, 102 dini bina, 83 inzibati bina, 27 neft bazası və 12 mülki hava limanı zədələnib və ya dağıdılıb.

Xatırladaq ki, Ukrayna Rusiya qoşunlarının limanları bağlaması səbəbindən hər gün 170 milyon ABŞ dolları itirir.

Son xəbərlər

Orphus sistemi