Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun növbəti, doqquzuncu görüşü bu ilin fevral ayında keçiriləcək.
“Report” xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Oliksiy Reznikov tviterdə yazıb.
Onun sözlərinə görə, hər görüşdə müttəfiqlərin Ukraynaya inamı daha da artır: “Bu, əsgərlərimizni gərgin səyləri nəticəsində mümkün olur. Daha çox inam daha çox silah deməkdir. Torpağımızı, dənizimizi və səmamızı qorumaq üçün növbəti toplantı fevralda baş tutacaq".
Görüşün təfərrüatları açıqlanmayıb.
Xatırladaq ki, daha əvvəl Ukrayna Prezident Ofisindən növbəti iclasın fevralda keçiriləcəyi və aviasiya məsələlərinin müzakirə ediləcəyi bildirilmişdi.
Qeyd edək ki, Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun sonuncu iclası yanvarın 20-də keçirilib. Həmin toplantıda "F-16" qırıcılarının Ukraynaya təhvil verilməsi müzakirə olunub.