Ukraynanın müdafiə naziri: "Rusiya ilə danışıqlar olmayacaq, müharibə bu il bitəcək"

Ukraynanın müdafiə naziri: "Rusiya ilə danışıqlar olmayacaq, müharibə bu il bitəcək" “Ukrayna Kreml rejimi və Rusiya Prezidenti Vladimir Putinlə sülh sazişlərinə razı olmayacaq”.
Region
5 Aprel , 2023 13:26
Ukraynanın müdafiə naziri: Rusiya ilə danışıqlar olmayacaq, müharibə bu il bitəcək
Oleksiy Reznikov

“Ukrayna Kreml rejimi və Rusiya Prezidenti Vladimir Putinlə sülh sazişlərinə razı olmayacaq”.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, bunu ölkənin müdafiə naziri Oliksiy Reznikov deyib.

Onun sözlərinə görə, müharibə bu il başa çata bilər: “Rusiya ilə sülh sazişi istisnadır. Ukrayna Prezidenti Volodimir Zelenski Putinlə danışıqlar masası arxasına əyləşməyəcəyini söyləyib. Sosioloji sorğuların nəticəsi də göstərir ki, Ukrayna xalqı sülh yox, qələbə istəyir. Ona görə də bütün tərəfdaşlarımız başa düşməlidirlər: biz güzəştə getməyəcəyik”.

O.Reznikov bildirib ki, hərbi-siyasi rəhbərlik yalnız Ukraynanın şərtləri daxilində danışıqlara hazırdır: “Bizim mövqeyimizdə dəyişiklik olmayacaq”.

Nazir Ukraynadakı savaşı İkinci Dünya müharibəsindən sonra planetin ən böyük müharibəsi adlandırıb: "Bu savaş Qərblə Rusiyanın resurslarının mübarizəsidir".

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Son xəbərlər

Orphus sistemi