Ukraynanın müdafiə naziri: “Müharibədə qələbə arzu ediləndən gec ola bilər”

Ukraynanın müdafiə naziri: “Müharibədə qələbə arzu ediləndən gec ola bilər” Ukraynanın Rusiya ilə müharibədə qələbəsi arzu olunandan gec gələ bilər.
Region
11 Mart , 2022 07:56
Ukraynanın müdafiə naziri: “Müharibədə qələbə arzu ediləndən gec ola bilər”
Aleksey Reznikov

Ukraynanın Rusiya ilə müharibədə qələbəsi arzu olunandan gec əldə oluna bilər.

“Report” UNİAN-a istinadən xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Aleksey Reznikov feysbuk sosial şəbəkəsindəki canlı yayımda deyib.

"Beynəlxalq sanksiyalar Rusiyadakı vəziyyətə çox güclü təsir göstərir. Ordumuz müharibənin ruslar arasında mümkün qədər qeyri-populyar olması üçün böyük işlər görür. Amma biz vəziyyəti real qiymətləndirməliyik. Biz bütün gücümüzlə qələbəni yaxınlaşdırırıq. Bu, istədiyimizdən gec baş verə bilər”, - Reznikov vurğulayıb.

"Biz hazır olmalıyıq. Biz yeni şəraitdə yaşamağı öyrənməliyik. Müdafiə sektorunu və bütövlükdə ölkəni yenidən işə salmalıyıq", - o vurğulayıb.

Onun fikrincə, belə olduqda Rusiyanın Ukraynanı məğlub etmək üçün bir şansı olmayacaq.

"Oxşar şəraitdə sağ qalmış digər ölkələrin təcrübəsindən sitat gətirmək istəmirəm. Biz fərqli nümunələr bilirik. Amma hamımız öyrəşməliyik ki, indi özümüz Avropa üçün, dünya üçün nümunə və modelik. Və çox layiqli nümunə! Qələbəyə doğru gedirik”, - nazir bildirib.

Son xəbərlər

Orphus sistemi