Ukraynanın müdafiə naziri: "Bir neçə aydan sonra hücuma keçməyə hazır olacağıq"

Region
  • 15 fevral, 2023
  • 13:56
Ukraynanın müdafiə naziri: Bir neçə aydan sonra hücuma keçməyə hazır olacağıq

"Ukrayna bir neçə aydan sonra hücuma keçməyə hazır olacaq".

"Report" UNİAN a istinadən xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Oliksiy Reznikov deyib.

O bildirib ki, bəzi silahlardan istifadə təlim tələb edir: "Bu müddət təxminən bir neçə aydır. Sonra isə biz tam hazır olacağıq və Baş Qərargahın rəhbərliyi ilə müəyyən hadisələr baş verəcək".