Ukraynanın baş prokuroru və Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifələrindən azad edilib

Ukraynanın baş prokuroru və Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifələrindən azad edilib Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri İvan Bakanovu, və baş prokuror İrina Venediktovanı vəzifələrindən kənarlaşdırıb.
Region
18 İyul , 2022 00:17
Ukraynanın baş prokuroru və Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifələrindən azad edilib
Volodimir Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri İvan Bakanovu, və baş prokuror İrina Venediktovanı vəzifələrindən kənarlaşdırıb.

"Report" xəbər verir ki, bununla bağlı müvafiq sərəncamlar dövlət başçısının internet saytında yerləşdirilib.

“Ukraynanın 24 mart 1999-cu il tarixli 551-XIV nömrəli Qanunu ilə təsdiq edilmiş Ukrayna Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinin 47-ci maddəsinə əsasən, Bakanov İvan Gennadyeviç Ukrayna Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsindən kənarlaşdırılsın”, - sənəddə deyilir.

Ukrayna dövlətinin başçısı digər fərmanla “Hərbi vəziyyətin hüquqi rejimi haqqında” qanunun 11-ci maddəsinin ikinci hissəsi əsasında İrina Venediktovanı baş prokuror vəzifəsindən kənarlaşdırıb. Bu vəzifənin icrası Aleksey Simonenkoya həvalə edilib.

Son xəbərlər

Orphus sistemi