Ukraynalıların 82 %-i Rusiya ilə ərazi güzəştinə getmək istəmir

Region
  • 24 may, 2022
  • 09:52
Ukraynalıların 82 %-i Rusiya ilə ərazi güzəştinə getmək istəmir

Ukraynalıların 82 %-i Rusiyaya ərazi güzəştinə gedilməsini məqbul hesab etmir.

“Report” xəbər verir ki, bu barədə Kiyev Beynəlxalq Sosiologiya İnstitutu sorğunun nəticələrini dərc edib.

Bildirilib ki, ukraynalıların yalnız 10%-i müharibənin tezliklə başa çatması naminə Rusiyaya ərazi güzəştlərinə hazırdır.

Eyni zamanda Ukraynanın bütün regionlarında, o cümlədən şərqində (68 %), cənubda (83 %) və fevralın 24-dən sonra Rusiyanın işğal etdiyi ərazilərdə respondentlərin əksəriyyəti Rusiyaya ərazi güzəştlərinə qarşı çıxır.

Qeyd olunub ki, sorğu telefon vasitəsilə aparılıb. İşğal edilmiş Krım yarımadası, habelə fevralın 24-dək qondarma respublikalar tərəfindən nəzarət altında olan əhali arasında sorğu aparılmayıb. Rəy öyrənilməsində 2 000 respondent iştirak edib.

44 filmi