Ukraynada yoluxanların sayında yenidən rekord qeydə alındı

Ukraynada yoluxanların sayında yenidən rekord qeydə alındı Ukraynada ötən gün 1 318 nəfərə COVID-19 diaqnozu qoyulub
Region
6 Avqust , 2020 11:32
Ukraynada yoluxanların sayında yenidən rekord qeydə alındı

Ukraynada ötən gün 1 318 nəfərə COVID-19 diaqnozu qoyulub. Bu, ölkədə qeydə alınan növbəti rekorddur.

“Report” xəbər verir ki, bunu ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurası açıqlayıb.

Məlumata görə, son sutkada 997 nəfər koronavirusdan sağalsa da, 31 nəfər xəstəliyin qurbanı olub.

Bildirilib ki, Ukraynada qeydə alınmış yoluxma hallarının sayı 76 808-ə yüksəlib. Onlardan 1 788 nəfər vəfat edib, 42 524 nəfər isə sağalıb.

Beləliklə, hazırda ölkədə 33 493 aktiv koronavirus xəstəsi var. 

Son xəbərlər

Orphus sistemi