Ukraynada yoluxanların sayında yeni rekord qeydə alındı

Ukraynada yoluxanların sayında yeni rekord qeydə alındı Ukraynada ötən sutkada 1 967 nəfərə COVID-19 diaqnozu qoyulub. Bu, ölkədə qeydə alınan növbəti rekorddur
Region
309
19 Avqust , 2020 10:40
Ukraynada yoluxanların sayında yeni rekord qeydə alındı

Ukraynada ötən sutkada 1 967 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Report” xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, bu, qeydə alınan növbəti rekord yoluxma sayıdır.

Məlumata görə, eyni dövr ərzində analiz nümunələri müsbət çıxan 28 pasiyent vəfat edib, 812 nəfər isə sağalıb.

Beləliklə, Şərqi Avropa ölkəsində indiyədək 96 403 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 2 144 nəfər ölüb, 49 737 nəfər isə ölüb. Hazırda Ukraynada 44 522 aktiv koronavirus xəstəsi var.

Orphus sistemi