Ukraynada COVID-19-a yoluxanların sayı 50 000 keçdi

Ukraynada COVID-19-a yoluxanların sayı 50 000 keçdi Ümumilikdə təxminən 24 minə yaxın pasiyent sağalıb.
Region
9 İyul , 2020 10:57
Ukraynada COVID-19-a yoluxanların sayı 50 000 keçdi

Ukraynada son sutkada daha 810 nəfər koronavirusa yoluxub.

“Report” UİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası Aparatının koronavirusun yayılmasına dair monitorinq sistemi məlumat yayıb. 

Ölkədə COVID-19-a yoluxanların sayı 51 224 nəfərə çatıb.

Son sutkada 21 nəfər virusun qurbanı olub. Bununla da ölənlərin sayı 1 327 nəfərə yüksəlib.

Ümumilikdə, təxminən, 24 minə yaxın pasiyent sağalıb.

Son xəbərlər

Orphus sistemi