Ukraynada silahsız qadını öldürən Rusiya hərbçisinin məhkəməsi keçirilir

Ukraynada silahsız qadını öldürən Rusiya hərbçisinin məhkəməsi keçirilir Ukraynanın paytaxtı Kiyevdə silahsız velosipedçini güllələyərək öldürən Rusiya hərbçisi Vadim Şişimarinin məhkəməsi keçirilir.
Region
13 May , 2022 12:55
Ukraynada silahsız qadını öldürən Rusiya hərbçisinin məhkəməsi keçirilir

Ukraynanın paytaxtı Kiyevdə silahsız velosipedçini güllələyərək öldürən Rusiya hərbçisi Vadim Şişimarinin məhkəməsi keçirilir.

“Report” xəbər verir ki, məlumatı UNIAN yayıb.

Şişimarin qanunları və müharibə qaydalarını pozmaq maddəsi üzrə ittiham olunur. Başqa sözlə, o, hərbi cinayətkar olaraq məsuliyyətə cəlb olunub. Onu ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir. Vadim Şişimarin Ukrayna məhkəməsi qarşısında duran Rusiyanın ilk hərbçisidir.

Qeyd edək ki, Rusiya hərbçisi martın sonunda Ukraynanın Sumı vilayətinin Trostyants şəhərində velosipedlə gedən silahsız qadını güllələyərək öldürüb.

Son xəbərlər

Orphus sistemi