Ukraynada Rusiyanın yüksəkvəzifəli iki zabiti ölüb

Region
  • 29 mart, 2022
  • 12:07
Ukraynada Rusiyanın yüksəkvəzifəli iki zabiti ölüb

Rusiya Silahlı Qüvvələri motoatıcı taborunun komandiri Sergey Panov Ukraynada döyüşlərdə ölüb.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukyrana Silahlı Qüvvələri Strateji Kommunikasiya İdarəsi feysbuk səhifəsində bildirilib.

Məlumata görə, Sergey Panov 1989-cu ildə anadan Rusiyanın Orenburq şəhərində anadan olub.

Ukrayna Silahlı Qüvvələri Quru Qoşunlarından bildirilib ki, Rusiyanın keçirdiyi “xüsusi hərbi əməliyyat” nəticəsində 200-cü briqadanın 1 500-dən çox şəxsi heyəti ölüb. Məlumata görə, Xarkov ətrafında 200-cü əlahiddə motoatıcı briqadanın komandiri polkovnik Denis Kurilo da martın 29-da döyüşlərdə ölüb.

Bildirilib ki, keçmiş SSRİ Əfqanstanda 10 ildə 5 general itirib. Rusiya Silahlı Qüvvələri isə 34 gündə 7 general itkisi ilə üzləşib.

Qeyd edək ki, martın 29-a olan məlumata görə, Rusiya Ukraynadakı hərb əməliyyatlarda 17 200 hərbçi itirib.