Ukraynada Rusiyanın bir neçə jurnalisti yaralanıb, biri ölüb

Ukraynada Rusiyanın bir neçə jurnalisti yaralanıb, biri ölüb Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatının Donetsk – Horlivka şosesində hərəkət edən avtomobilə hücumu nəticəsində “İzvestiya” qəzetinin ştatdankənar müxbiri Aleksandr Martemyanov ölüb.
Region
4 Yanvar , 2025 23:02
Ukraynada Rusiyanın bir neçə jurnalisti yaralanıb, biri ölüb

Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatının Donetsk – Horlivka şosesində hərəkət edən avtomobilə hücumu nəticəsində “İzvestiya” qəzetinin ştatdankənar müxbiri Aleksandr Martemyanov ölüb.

“Report” xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti teleqramda bildirib.

“İzvestiya” qəzetinin müxbiri Aleksandr Martemyanov Donetsk – Horlivka trasında Ukrayna PUA-sının avtomobilə hücumu nəticəsində həlak olub. Ukrayna Silahlı Qüvvələri “İzvestiya” qəzetinin müxbiri Aleksandr Martemyanovun olduğu mülki avtomobilə zərbə endirib”, – məlumatda qeyd olunub.

Qəzet avtomobilin “təmas xəttindən uzaqda yerləşdiyini” iddia edib.

Eyni zamanda, “RİA Novosti” jurnalistlərinin yaralandığını açıqlayıb.

“<…> Donetskə qayıdırdıq. Yolda bizim maşınımıza kamikadze dron zərbə endirdi”, – hadisədə kontuziya və üzündən zədə almış agentliyin jurnalisti Maksim Romanenko bildirib. Onun sözlərinə görə, olayda “RİA Novosti”nin digər əməkdaşı Mixail Kevxiyev də yaralanıb.

Agentliyin məlumatına görə, ümumilikdə beş nəfər xəsarət alıb.

Qeyd edək ki, Horlivka Ukraynanın Donetsk vilayətinin eyniadlı mərkəzinin yaxınlığında yerləşir. 2022-ci ilin fevralında Rusiya sözügedən regionu ilhaq edib.

Son xəbərlər

Orphus sistemi