Rusiyanın Ukraynaya raket hücumu nəticəsində 35 nəfər ölüb, 134 nəfər yaralanıb

Rusiyanın Ukraynaya raket hücumu nəticəsində 35 nəfər ölüb, 134 nəfər yaralanıb Ukraynanın Yavorov poliqonunda (Lvov vilayəti) yerləşən Beynəlxalq Sülhməramlı və Təhlükəsizlik Mərkəzinə raket hücumu nəticəsində 35 nəfər həlak olub, daha 134 nəfər yaralanıb.
Region
13 Mart , 2022 15:29
Rusiyanın Ukraynaya raket hücumu nəticəsində 35 nəfər ölüb, 134 nəfər yaralanıb

Ukraynanın Yavorov poliqonunda (Lvov vilayəti) yerləşən Beynəlxalq Sülhməramlı və Təhlükəsizlik Mərkəzinə raket hücumu nəticəsində 35 nəfər həlak olub, daha 134 nəfər yaralanıb.

“Report” UNİAN-a istinadən xəbər verir ki, bu barədə Lvov hərbi vilayət administrasiyasının rəhbəri Maksim Koziski bildirib.

Saat 12:00-a (Bakı vaxtı ilə saat 14:00) olan məlumata görə, mərkəzin ərazisindəki demək olar, bütün yanğınlar söndürülüb, partlayıcı maddələr üzrə ekspertlər və digər mütəxəssislər əraziyə əlavə baxış keçirir, dağıntıların böyük hissəsi təmizlənib.

"Təəssüf ki, biz daha çox qəhrəman itirdik: sülhməramlılar və təhlükəsizlik mərkəzinin atəşə tutulması nəticəsində 35 nəfər həlak olub. Daha 134 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib”, - Koziski qeyd edib.

Son xəbərlər

Orphus sistemi