Ukraynada pandemiya qurbanlarının sayı 1 616-ya çatıb

Ukraynada pandemiya qurbanlarının sayı 1 616-ya çatıb Ukraynada daha 807 nəfərdə COVID-19 aşkarlanıb
Region
27 İyul , 2020 11:11
Ukraynada pandemiya qurbanlarının sayı 1 616-ya çatıb

Ukraynada daha 807 nəfərdə COVID-19 aşkarlanıb.

“Report” xəbər verir ki, bunu ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurası açıqlayıb.

Məlumata görə, ötən gün 315 nəfər virusdan sağalıb, 11 nəfər isə ölüb.

İndiyə qədər Şərqi Avropa ölkəsində 65 656 yoluxma faktı qeydə alınıb. Onlardan 36 122 nəfər sağalıb, 1 616 nəfər isə ölüb.

Hazırda ölkədə 27 918 aktiv koronavirus xəstəsi var.

Son xəbərlər

Orphus sistemi