Ukraynada müharibə nəticəsində ölən uşaqların sayı açıqlanıb

Ukraynada müharibə nəticəsində ölən uşaqların sayı açıqlanıb "Rusiya tərəfindən Ukraynada hərbi əməliyyatlar başlayandan bəri 144 uşaq ölüb".
Region
29 Mart , 2022 13:07
Ukraynada müharibə nəticəsində ölən uşaqların sayı açıqlanıb

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində 144 uşaq ölüb.

“Report” UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili Lyudmila Denisova bildirib.

O deyib ki, indiyədək 220 uşaq yaralanıb. Məlumata görə, Kiyev vilayətində 68, Xarkovda 49, Donetskdə 54, Çerniqovda 38, Nikolayevdə 30 Luqanskda 28, Xersonda 25 Zaporjedə 22, Jitomirdə 15, Sumıda 15, Kiyev şəhərində isə 16 uşaq xəsarət alıb.

Müvəkkilin sözlərinə görə, Mariupolda ölən və yaralanan uşaqların sayı dəqiq bilinmir, hazırda bu istiqamətdə iş aparılır.

Qeyd edək ki, bir müddət əvvəl şəhər meri Vadim Boyçenko bildirmişdi ki, müharibə başlayandan indiyədək şəhərdə 210-u uşaq olmaqla 5 minə yaxın insan həlak olub.

Xatırladaq ki, UNICEF-in məlumatına görə, Ukraynada müharibədə 4 milyondan çox uşağın təxliyəsinə səbəb olub.

Son xəbərlər

Orphus sistemi