Ukraynada koronavirusdan sağalanların sayı 5 632-yə çatdı

Ukraynada koronavirusdan sağalanların sayı 5 632-yə çatdı Ukraynada daha 260 nəfərdə koronavirus aşkarlanıb və bununla da ölkədə yoluxma hallarının sayı 18 876-ya çatıb.
Region
19 May , 2020 11:11
Ukraynada koronavirusdan sağalanların sayı 5 632-yə çatdı

Ukraynada daha 260 nəfərdə koronavirus aşkarlanıb və bununla da ölkədə yoluxma hallarının sayı 18 876-ya çatıb.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Bundan başqa, Şərqi Avropa ölkəsində virusdan ölənlərin sayı daha 13 nəfər artaraq 548-ə yüksəlib.

İndiyədək Ukraynada 5 632 nəfər koronavirusdan sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,9 milyonu ötüb. Bunların 1,9 milyon nəfərdən çoxu sağalıb, 320 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi