Ukraynada koronavirusa yoluxanların sayında yeni rekord qeydə alınıb

Ukraynada koronavirusa yoluxanların sayında yeni rekord qeydə alınıb Ukraynada ötən gün 1 271 nəfərə COVID-19 diaqnozu qoyulub. Bu, ölkədə qeydə alınan yeni rekorddur
Region
152
5 Avqust , 2020 11:35
Ukraynada koronavirusa yoluxanların sayında yeni rekord qeydə alınıb

Ukraynada ötən gün 1 271 nəfərə COVID-19 diaqnozu qoyulub. Bu, ölkədə qeydə alınan yeni rekorddur.

“Report” xəbər verir ki, bunu ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurası açıqlayıb.

Məlumata görə, son sutkada 914 nəfər koronavirusdan sağalsa da, 24 nəfər xəstəliyin qurbanı olub.

Bildirilib ki, Ukraynada qeydə alınmış yoluxma hallarının sayı 75 490-a yüksəlib. Onlardan 1 788 nəfər vəfat edib, 41 527 nəfər isə sağalıb.

Beləliklə, hazırda ölkədə 32 175 aktiv koronavirus xəstəsi var. 

Orphus sistemi