Ukraynada koronavirusa yoluxanların sayı 28 mini ötdü

Ukraynada koronavirusa yoluxanların sayı 28 mini ötdü Ukraynada daha 525 nəfərdə koronavirus aşkarlanıb və bununla da ölkədə yoluxma hallarının sayı 28 381-ə çatıb.
Region
10 İyun , 2020 10:37
Ukraynada koronavirusa yoluxanların sayı 28 mini ötdü

Ukraynada daha 525 nəfərdə koronavirus aşkarlanıb və bununla da ölkədə yoluxma hallarının sayı 2381-ə çatıb.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Şərqi Avropa ölkəsində virusdan ölənlərin sayı daha 23 nəfər artaraq 833-ə yüksəlib.

Ukraynada indiyədək 12 769 nəfər COVID-19-dan sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 7,3 milyonu ötüb. Bunların 3,6 milyon nəfərdən çoxu sağalıb, 413 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi