Ukraynada koronavirusa yoluxanların sayı 200 minə çatır

Ukraynada koronavirusa yoluxanların sayı 200 minə çatır Ukraynada daha 3 565 nəfərə COVID-19 diaqnozu qoyulub.
Region
25 Sentyabr , 2020 09:57
Ukraynada koronavirusa yoluxanların sayı 200 minə çatır

Ukraynada daha 3 565 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bunu ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurası açıqlayıb.

Ukraynada son 24 saatda 1 675 nəfər koronavirusdan sağalıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 70 pasiyent isə vəfat edib.

Beləliklə, Ukraynada indiyədək 191 671 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 85 133 nəfər sağalıb, 3 827 nəfər isə pandemiyanın qurbanı olub.

Son xəbərlər

Orphus sistemi