Ukraynada hərbi qeydiyyata alınanların sayı açıqlanıb

Ukraynada hərbi qeydiyyata alınanların sayı açıqlanıb Ukrayna vətəndaşları Komplektləşdirilmə və Sosial Dəstək Mərkəzinə (hərbi komissarlıqlar) gəlmək tələblərinə əməl etməsələr, axtarışa veriləcəklər.
Region
11 İyun , 2024 11:30
Ukraynada hərbi qeydiyyata alınanların sayı açıqlanıb

Ukrayna vətəndaşları Komplektləşdirilmə və Sosial Dəstək Mərkəzinə (hərbi komissarlıqlar) gəlmək tələblərinə əməl etməsələr, axtarışa veriləcəklər.

Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının Müdafiə və təhlükəsizlik komitəsinin sədri Fedor Venislavski bildirib.

Onun sözlərinə görə, mayın 18-də qüvvəyə minən qanundan əvvəl nə qədər çağırış yaşlı vətəndaşın Ukraynada yaşadığı bilinmirdi: "Bu qanundan qabaq Ukrayna vətəndaşlarına qeydiyyat yerində olub-olmamasından asılı olmayaraq, çağırış vərəqəsi göndərilibsə və Komplektləşdirilmə və Sosial Dəstək Mərkəzinə gəlmək tələbini yerinə yetirməyiblərsə, axtarışa verilə bilərdilər. Bu gün ABERİX sisteminə Komplektləşdirilmə və Sosial Dəstək Mərkəzinin tələblərini yerinə yetirməyən, yəni axtarışa verilmiş şəxslər daxildir", - deputat əlavə edib. Onun sözlərinə görə, iyunun 3-nə olan məlumata əsasən, təxminən 1,5 milyon Ukrayna vətəndaşı qanunun tələblərini yerinə yetirib: "Bu qanundan xaricdə daimi yaşayan Ukrayna vətəndaşları da yararlana bilərlər. Statistika isə göstərir ki, onlar bu fürsətdən uğurla istifadə edirlər. “Reserve Plus” sistemində onların məlumatları yenilənəcək. Nəticədə onlar qanunun tələblərinə əməl edəcək və axtarışda olanlar bu siyahıdan çıxarılacaq”.

“Hazırda biz Ukraynanın nə qədər vətəndaşının xaricdə, eləcə də, ölkə ərazində yaşaması ilə bağlı dəqiq məlumata malik deyilik. Çünki müharibənin ilk günlərində Ukrayna vətəndaşları daxili sənədlərdən istifadə etmək daxil olmaqla bəzən bütün pasport prosedurlarından keçmədən xarici ölkələrə gedirdilər. Buna səbəb onların həyatı və sağlamlığı üçün təhlükə yaranması idi. Buna görə də hazırda onların sayı ilə bağlı dəqiq məlumat yoxdur. Düşünürəm ki, təxminən iki aydan sonra Ukraynanın nə qədər vətəndaşının xaricdə yaşadığı ilə bağlı dəqiq təsəvvürümüz olacaq”, - o bildirib.

Komitə sədri bildirib ki, hazırda xaricdə yaşayan Ukrayna vətəndaşlarının geri qaytarılması ilə bağlı hər hansı sistemli tədbirləri nəzərdən keçirmirlər.

Son xəbərlər

Orphus sistemi