Ukrayna Nazirlər Kabinetini partlatmağa cəhd göstərən şəxs saxlanılıb

Ukrayna Nazirlər Kabinetini partlatmağa cəhd göstərən şəxs saxlanılıb “Ukrayna Nazirlər Kabinetini qumbara ilə partlatmağa cəhd göstərən şəxs saxlanılıb”.
Region
4 Avqust , 2021 13:43
Ukrayna Nazirlər Kabinetini partlatmağa cəhd göstərən şəxs saxlanılıb

“Ukrayna Nazirlər Kabinetini qumbara ilə partlatmağa cəhd göstərən şəxs saxlanılıb”.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Milli Polisinin başçısı İqor Klimenko avqustun 4-də həmin şəxsin saxlanılması ilə bağlı keçirilən əməliyyatdan sonra jurnalistlərə bildirib.

“Qeyri-standart vəziyyət yaranıb. O, antiterror əməliyyatlarının (Ukraynanın şərqində separatçılara qarşı keçirilən əməliyyat belə adlanır - red.) iştirakçısıdır. İki dəfə yaralanıb. Kəllə-beyin travması alıb. O, cinayəti həyat şəraiti ilə bağlı törədib”, - o qeyd edib.

12:23

Ukraynanın paytaxtı Kiyevdə qumbara ilə silahlanmış bir kişi Nazirlər Kabinetinin qarşısına gələrək binanı partladadacağı ilə hədələyib.

“Report” UNİAN-a istinadən xəbər verir ki, hadisə ilə bağlı videonu “Korrupsiya dur” təşkilatının nümayəndəsi İqor Bondarçuk sosial şəbəkədə paylaşıb.

“İndicə... Bir nəfər əlində qumbara Nazirlər Kabinetinin binasına daxil oldu. Həmin şəxs qumbaranı çıxarıb binanın ələ keçirildiyini qışqırdı”, - o yazıb.

Son xəbərlər

Orphus sistemi