Ukraynada Ali Radaya növbədənkənar seçkilər üzrə seçki prosesi rəsmən başlayıb.
Bu barədə "Report" UNİAN-a istinadən xəbər verir.
Qanuna əsasən, seçki prosesi müvafiq fərmanın dərc edildiyi günün ertəsi başlayır.
Xatırladaq ki, dünən "Uryadovıy kuryer" hökumət nəşrində ölkə Prezidenti Vladimir Zelenskinin Ali Radanın buraxılması və 21 iyul 2019-cu il tarixinə növbədənkənar seçkilər təyin etməsi barədə fərmanı dərc olunub.