Ukraynada 2018-ci ildən biometrik nəzarətin tətbiqi üzrə qərar qüvvəyə minib

Ukraynada 2018-ci ildən biometrik nəzarətin tətbiqi üzrə qərar qüvvəyə minib Prezident Petro Poroşenko müvafiq fərman imzalayıb
Region
2 Sentyabr , 2017 14:26
Ukraynada 2018-ci ildən biometrik nəzarətin tətbiqi üzrə qərar qüvvəyə minib
РИА Новости / Алексей Даничев

Bakı. 2 sentyabr. REPORT.AZ/ Rəsmi Kiyevin 2018-ci ildən etibarən sərhəddə əcnəbilər üçün biometrik nəzarət üzrə qərarı bu gündən qüvvəyə minib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, Ukrayna prezidenti Petro Poroşenko bu barədə müvafiq fərman imzalayıb və fərman rəsmi mətbuatda dərc edilib.

Fərmana əsasən, həmçinin əcnəbi vətəndaşların qeydiyyatı barədə qanunvericilik təkmilləşdirilməli, Ukraynaya daxil olmazdan əvvəl əcnəbilərin ilkin məlumatlandırılması mexanizmi hazırlanmalı və Rusiyanı daxil etməklə miqrasiya riski olan ölkələrin siyahısı yeniləməlidir. 

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, biometrik nəzarət xaricilərdən barmaq izlərinin toplanmasını nəzərdə tutur, ölkəyə giriş üçün biometrik pasportun olması məcburi deyil.

Son xəbərlər

Orphus sistemi