Ukrayna “Yandex”ə sanksiya tətbiq edib

Ukrayna “Yandex”ə sanksiya tətbiq edib Ukraynanın milli təhlükəsizliyini təhdid etdiyindən “Yandex”in bağlanması ilə bağlı imzatoplama kampaniyası başlanılmışdı
Region
16 May , 2017 14:02
Ukrayna “Yandex”ə sanksiya tətbiq edib

Bakı. 16 may. REPORT.AZ/ Ukrayna üç il müddətinə “Yandex” internet-axtarış şirkətinə sanksiya tətbiq edib.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Pyotr Poroşenko sərəncam imzalayıb.

Qeyd edək ki, bu ilin aprelində Ukraynanın milli təhlükəsizliyini təhdid etdiyindən “Yandex”in bağlanması ilə bağlı imzatoplama kampaniyası başlanılmışdı. Şirkətin ölkə ərazisində fəaliyyətinin dayandırılması üçün 25 min imza kifayət idi.

Xatırladaq ki, Pyotr Poroşenkonun sərəncamına əsasən, Rusiyaya qarşı genişləndirilimiş sanksiya siyahısına bəzi fiziki və hüquqi şəxslər də daxil edilib.

Son xəbərlər

Orphus sistemi