“BMT Təhlükəsizlik Şurasının iclasında Rusiyanın “Taxıl sazişi”dən çıxması və işğalçı ölkənin strategiyası müzakirə olunub”.
“Report” xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba tviter səhifəsində yazıb.
“Krımı ilhaq etmək cəhdi, MH17-nin vurulması, genişmiqyaslı müharibə, Buçada kütləvi vəhşiliklər, istərsə də “Taxıl sazisi”nin pozulması - Rusiyanın strategiyası dəyişmir. Bu strategiya öldür, yalan danış və inkar etməkdən ibarətdir”, - o yazıb.
BMT Təhlükəsizlik Şurasının iclasında XİN rəhbəri vurğulayıb ki, “Ukraynaya əks strategiya lazımdır. Bu strategiya isə güc, həqiqət və cavabdehlilikdir”.
Qeyd edək ki, bazar ertəsi BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı keçirilən iclasında əksər ölkələr Rusiyanı "Taxıl sazişi"nə yenidən başlamağa çağırıb. Onun müddəti iyulun 17-də başa çatıb və Moskva hələlik iştirakını yeniləmək niyyətində olmadığını açıqlayıb.
İki ölkə arasında hərbi əməliyyatlar 2022-ci ilin fevralından başlayıb. Rusiya Ukraynanın bir sıra ərazilərini işğal edib.