Ukrayna XİN başçısı: "Qərb bizim qalib gəlməyimizə kömək etməlidir"

Ukrayna XİN başçısı: "Qərb bizim qalib gəlməyimizə kömək etməlidir" “Qərb Rusiyanın başlatdığı müharibədə Ukraynanın qalib gəlməsinə kömək etməlidir”.
Region
25 May , 2022 16:39
Ukrayna XİN başçısı: Qərb bizim qalib gəlməyimizə kömək etməlidir

“Qərb Rusiyanın başlatdığı müharibədə Ukraynanın qalib gəlməsinə kömək etməlidir”.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitro Kuleba Davosda keçirilən Ümumdünya İqtisadi Forumundakı çıxışı zamanı deyib.

“Rusiya müharibəni bitirmək istəmir. Biz 2014-cü ildən 2022-ci il fevralın 24-dək dünyanın aparıcı ölkələrinin dediyi kimi güzəştlər etdik. Amma bu, uğursuz oldu. Bu, Kiyevə raket hücumları və Donbasda qan tökülməsi ilə nəticələndi. Bu güzəştlər bir dəfə uğursuz oldusa, yenə uğursuz olacaq və müharibəni dayandırmayacaq”, - o bildirib.

Kuleba vurğulayıb ki, Qərb müharibəni dayandırmaq istəyirsə, Ukraynanın qalib gəlməyinə kömək etməli və güzəşt strategiyasından imtina etməlidir.

Son xəbərlər

Orphus sistemi