Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Belarusun müharibədə birbaşa iştirakına münasibət bildirib.
“Report” “Ukrinform”a istinadən xəbər verir ki, o, bu barədə “lb.ua” saytına müsahibəsində danışıb.
“Belarusun savaşda birbaşa iştirakı ehtimalı Rusiya ordusunun Ukraynadakı uğurlarına mütənasib olaraq artacaq. Nə qədər ki, Belarus Ukrayna ordusunun uğurlarını görür, onlar hər cür hərəkətlərini təxirə salacaqlar. Rusiya isə Belarus ərazisindən istifadə edir”, - o söyləyib.
Nazir, həmçinin Belarusla diplomatik təmasların çox məhdud olduğuna diqqət çəkib: “Bizim qarşılıqlı olaraq səfirimiz, səfirliyimiz var. Bunlar yeganə ünsiyyət kanallarıdır”.
Qeyd edək ki, daha əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanı dəstəklədiyini söyləmişdi.