Ukrayna XİN: Aİ Rusiyaya qarşı 7-ci sanksiyalar paketi üzərində işləməyə hazırdır

Ukrayna XİN: Aİ Rusiyaya qarşı 7-ci sanksiyalar paketi üzərində işləməyə hazırdır Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 7-ci sanksiyalar paketi üzərində işləməyə hazırdır.
Region
17 May , 2022 05:38
Ukrayna XİN: Aİ Rusiyaya qarşı 7-ci sanksiyalar paketi üzərində işləməyə hazırdır

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 7-ci sanksiyalar paketi üzərində işləməyə hazırdır.

“Report” xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitro Kuleba bildirib.

"Mən bu gün altıncı paketin qəbul edildiyi anda yeddinci sanksiyalar paketi üzərində işə başlamağa hazır olduqlarını bildirən bütün Aİ-yə üzv dövlətləri yüksək qiymətləndirirəm. Bu, ruhlandırıcıdır. Ukraynaya dəstək siqnalı aydın idi", - Kuleba deyib.

O, qeyd edib ki, Rusiya əleyhinə sanksiyaların yeddinci paketi üzərində iş dərhal 6-cı sanksiyaların qəbulu ilə başlayacaq.

Xarici İşlər Nazirliyinin rəhbəri Rusiya Federasiyasına qarşı yeni məhdudiyyətləri elan edib, baxmayaraq ki, 6-cı sanksiyalar paketi hələ qəbul olunmayıb. Onun sözlərinə görə, bu fakt Ukraynanın Avropa İttifaqı tərəfindən davamlı dəstəyinə dəlalət edir.

Son xəbərlər

Orphus sistemi