Ukrayna və Rusiya işçi altqruplar yaradıblar

Ukrayna və Rusiya işçi altqruplar yaradıblar Ukrayna və Rusiya bu gün - martın 12-də müharibəyə son qoymaq üçün danışıqların növbəti raundunu keçirib. Nümayəndə heyətləri xüsusi işçi alt qrupların yaradılması barədə razılığa gəliblər.
Region
12 Mart , 2022 22:28
Ukrayna və Rusiya işçi altqruplar yaradıblar
Mixail Podolyak

Ukrayna və Rusiya bu gün - martın 12-də müharibəyə son qoymaq üçün danışıqların növbəti raundunu keçirib. Nümayəndə heyətləri xüsusi işçi altqrupların yaradılması barədə razılığa gəliblər.

“Report”un məlumatına görə, bu barədə “RBK-Ukraina” Ukraynanın danışıqlar nümayəndə heyətində təmsil olunan Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyaka istinadən xəbər verir.

"Rusiya nümayəndə heyəti ilə danışıqlar videoformatda fasiləsiz davam edir. Xüsusi işçi altqruplar yaradılıb. Ukraynanın mövqeləri əvvəlki ən sərt direktivlərlə müəyyən edilib", - Podolyak deyib.

Ukrayna nümayəndə heyətinin nümayəndəsi yaradılan işçi altqrupların hansı məsələlərlə məşğul olacağı barədə məlumat verməyib.

Xatırladaq ki, bu gün Rusiya tərəfi Ukrayna ilə videokonfrans formatında danışıqların aparıldığını elan edib. Lakin Kreml detalları açıqlamayıb.

Son xəbərlər

Orphus sistemi