Ukrayna ilə Rusiya arasında qarşılıqlı sürətdə qaytarılan əsirlər xüsusi təyyarələr vasitəsilə müvafiq olaraq Moskva şəhərinin “Vnukovo” və Kyiv şəhərinin “Borispol” hava limanına endirilib.
“Report” TASS-a istinadən xəbər verir ki, Ukrayna paytaxtına gətirilən əsirləri qarşılamaq üçün ölkə prezidenti Vladimir Zelenski, baş prokuror Ruslan Riaboşapka, daxili işlər naziri Arsen Avakov, Təhlükəsizlik Xidmətinin rəhbəri İvan Bakanov gəliblər.
Rusiya insan hüquqları müvəkkili Tatyana Moskalkova iki ölkə arasında əsirlərin 35-35 formatı ilə qarşılıqlı azad olunduğunu diqqətə çatdırıb.
Həmçinin Ukrayna prezidenti bu gün rusiyalı həmkarı ilə telefon söhbətinin olduğunu açıqlayıb.