Ukrayna və Rusiya arasında danışıqlar bərpa olunub

Ukrayna və Rusiya arasında danışıqlar bərpa olunub Ötən gün fasilə verilən Ukrayna-Rusiya danışıqlarının dördüncü raundu bu gün davam etdirilib
Region
489
15 Mart , 2022 15:29
Ukrayna və Rusiya arasında danışıqlar bərpa olunub

Ukrayna-Rusiya danışıqlarının dördüncü raundu üzrə müzakirələr bərpa olunub.

“Report” Ukraynanın "Strana" nəşrinə istinadən xəbər verir ki, bunu Ukrayna Ali Radasında hakim “Xalqın xidmətçisi” Partiyası fraksiyasının rəhbəri David Araxamiya bildirib.

Onun sözlərinə görə, danışıqlar videokonfrans formatında keçirilir.

Xatırladaq ki, ötən gün Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında danışıqların dördüncü raundu keçirilib, lakin müzakirələr tam yekunlaşmayıb və axşam saatlarında texniki fasilə elan olunub. Tərəflər danışıqların bu gün, martın 15-də davam etdirilməsi barədə razılıq əldə etmişdilər.

Son xəbərlər

Orphus sistemi