Ukrayna Türkiyə ilə azad ticarət zonası haqqında müqavilənin layihəsini təsdiq edib
Region
- 02 fevral, 2022
- 13:18
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Ukrayna Nazirlər Kabinetinin iclası zamanı Türkiyə ilə azad ticarət zonası haqqında müqavilə layihəsi təsdiq edilib.
“Report” xəbər verir ki, bu müqavilənin ölkələr arasında ticarətin aktivləşdirilməsinə, ixracın artmasına, yeni iş yerlərinin yaradılmasına, texnologiya transferinə və təcrübə mübadiləsinə töhfə verəcəyi bildirilir.
Sənədin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sabah Kiyevə planlaşdırılan səfəri zamanı imzalanacağı gözlənilir.
İclasda həmçinin Türkiyə ilə daha 3 müqavilə təsdiq olunub. Buraya yüksək texnologiyalar, aviasiya və kosmos, gənclər siyasəti sahəsində əməkdaşlığa, habelə hüquq-mühafizə orqanları arasında əməkdaşlığın gücləndirilməsinə dair müqavilələr daxildir.
Украина одобрила проект соглашения о зоне свободной торговли с Турцией
Ukraine approves draft agreement on free trade area with Turkey
Son xəbərlər
11:28
Mikayıl Cabbarov: "Azərbaycan–İtaliya münasibətləri strateji tərəfdaşlığa əsaslanır"
Biznes
11:25
Davit Volkov "Zirə"nin heyətində 50-ci qolunu vurub
Futbol
11:23
İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu keçiriləcək
Milli Məclis
11:22
SIMEST və İtaliya-Azərbaycan Ticarət Palatası əməkdaşlığa dair saziş imzalayıb
Biznes
11:22
Video
Azərbaycan fındığının Çin bazarına ixracına başlanılıb
Biznes
11:20
"PAŞA Bank" COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib
Maliyyə
11:19
Rövşən Cavadov: "ARDNF İtaliyada 402 MVt gücündə günəş enerjisi portfelinə sahibdir"
Energetika
11:16
"Kəpəz"in futbolçusu Əli Səmədov Premyer Liqada 100-cü oyununu keçirib
Futbol
11:16
Foto
Media və Yayım Şurası onlayn və çap media subyektlərinə dəstək müsabiqəsi elan edib - Əlavə olunub
Media