Ukrayna tərəfdə savaşan “Rusiyanın azadlığı” Belqorod və Kursk əhalisini evakuasiyaya çağırıb

Ukrayna tərəfdə savaşan “Rusiyanın azadlığı” Belqorod və Kursk əhalisini evakuasiyaya çağırıb “Rusiyanın azadlığı” legionu Rusiyanın Kursk və Belqorod vilayətlərinin sakinlərinə müraciət edərək kütləvi hücum altında qalmamaq üçün regionun xaricinə təxliyə olunmağa çağırıb.
Region
14 Mart , 2024 21:41
Ukrayna tərəfdə savaşan “Rusiyanın azadlığı” Belqorod və Kursk əhalisini evakuasiyaya çağırıb

“Rusiyanın azadlığı” legionu Rusiyanın Kursk və Belqorod vilayətlərinin sakinlərinə müraciət edərək kütləvi hücum altında qalmamaq üçün regionun xaricinə təxliyə olunmağa çağırıb.

“Report” xəbər verir ki, bu barədə Ukraynanın tərəfində savaşan legionun bəyanatında bildirilib.

“Kursk və Belqorod vilayətlərində məhdud hərbi əməliyyatın keçirilməsi ilə əlaqədar sərhədyanı ərazilərdə aşağıdakı yaşayış məntəqələrinin sakinlərini təcili təxliyəsinə çağırırıq. Özünüzü və uşaqlarınızın həyatını xilas edin!”, – açıqlamada diqqətə çatdırılıb.

Legionerlər bildiriblər ki, Rusiya hərbçiləri “mülkilər arasında gizləndiklərinə görə” martın 14-ü saat 21:00-dan martın 15-i 07:00-dək (Bakı vaxtı ilə 22:00-dan 08:00-dək) humanitar dəhliz açılır.

Xatırladaq ki, martın 12-dən Ukrayna ilə sərhədyanı bölgədə yerləşən Kursk və Belqorod vilayətləri “Rusiyanın azadlığı”, “Rus könüllü korpusu” və “Sibir tabor”unun hücumuna məruz qalıb. Ukraynanın tərəfində savaşan rusiyalılardan ibarət hərbi birləşmə Ukrayna-Rusiya sərhədini keçərək müvəqqəti də olsa bir neçə kəndə daxil olmağı bacarmışdı.

Son xəbərlər

Orphus sistemi